SON XƏBƏRLƏR

Şəbistərin ən böyük qida sənaye fabrikində yanğın olub

2022.07.15, 03:57
Şəbistərin ən böyük qida sənaye fabrikində yanğın olub

Gunaz.tv

Yanğın güclü olduğu üçün bütün ətraf bölgələrin yanğınsöndürənləri hadisə yerinə cəlb olunub.

Güclü yanğının yalnız 15 iyul səhər saatları söndürüldüyü bildirilir.

Məlumatda iki fabrik işçisi yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə gedən yanğınsöndürmə maşınlarından biri aşıb. Nəticədə iki yanğınsöndürənin xəsarət aldığı bildirilir.

Şərqi Azərbaycan Böhran İdarəetmə Mərkəzi yanğın nəticəsində meydana gələn xəsarətlərin dəqiqləşdirildiyini deyib.

Bununla yanaşı Təbrizin tarixi məşhur qızıl bazarı olan "Əmir bazarı"ında da yanğın baş verib.

Axşam saatlarında baş verən yanğının söndürüldüyü və insan itkisinin olmadığı deyilir.

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar