SON XƏBƏRLƏR

BMT-nin baş katibi Qarabağ münaqişəsi tərəflərinə müraciət etdi – Bəyanat

2021.10.20, 07:36
BMT-nin baş katibi Qarabağ münaqişəsi tərəflərinə müraciət etdi – Bəyanat

Gunaz.tv

GünAz TV: BMT-nin baş katibi Antoniu Quterreş Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Minsk qrupunun həmsədrlərinin iştirakı ilə Azərbaycan və Ermənistanın xarici işlər nazirləri arasında görüşün keçirilməsini alqışlayıb.

 

Virtualaz.org-un yaydığı məlumata görə, bu barədə A.Quterreşin mətbuat katibinin onun adından verdiyi bəyanatda deyilir.

 

Bəyanatda bildirilir: “Baş katib həmsədrlərin vasitəçilik səylərinə BMT-nin dəstəyini təsdiq edir, həmçinin tərəfləri Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsinə nail olmaq üçün etimadın möhkəmləndirilməsi üzrə addımlar atmağa və siyasi iradə göstərməyə çağırır”.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar