SON XƏBƏRLƏR

BMT-nin baş katibi: “Səudiyyə Ərəbistanına atılan raketlər vahid bir mərkəzdən idarə olunub”

2021.10.20, 07:36
BMT-nin baş katibi: “Səudiyyə Ərəbistanına atılan raketlər vahid bir mərkəzdən idarə olunub”

Gunaz.tv

GünAzTV: BMT baş katibi Antonio Quterreşin husi üsyançıların Səudiyyə Ərəbistanına atdığı raketlərin istehsal edildiyi ölkə ilə bağlı hazırladığı gizli bir hesabatda, İranın bu hücumların arxasında olması ehtimalı üzərində dayanılıb. Bu barədə “Röyters” agentliyi dekabrın 10-da məlumat yayıb.

 

Yayılan məlumata əsasən, heabatda bildirilir ki, BMT mütəxəssislri, Yəməndən Səudiyyə Ərəbistanına atılan raketlərin növünü və hansı ölkədə istehsal edildiyini müəyyənləşdirmək üçün Ər-Riyada yollanıblar: “BMT müfəttişlərinin raketlərin quruluşu və digər özəllikləri barədə apardığı araşdırmaların nəticəsi göstərir ki, bu raketlərin mənbəyi eynidir və onlar vahid bir mərkəzdən yönləndirilib.

 

Belə ki, mütəxəssislər, ötən ay və ondan əvvəllki aylarda Səudiyyə Ərəbistanına atılan raketlərin hissəcikləri üzərində, “Sepah”ın “Şəhid Baqiri Sənaye Qrupu”nun nişanına bənzər əlamətlər aşkarlayıblar. Bu sənaye qrupu isə, BMT-nin qara siyahısına salınmış bir şirkətidir. Müfəttişlərin bu barədə araşdırmaları davam edir və onlar məsələ ilə bağlı toladıqları bütün məlumatları BMT-yə göndərirlər”.

 

Xatırladaq ki, İranın dəstəklədiyi şiə-husilərin noyabrın 4-də Ər-Riyadın beynəlxalq hava limanına atdığı raket, yerə düşmədən, səmada Səudiyyə Ərəbistanının hava qüvvələri tərəfindən məhv edilib.

 

Ər-Riyadın başlçılıq etdiyi ərəb koalisiyası noyabrın 6-da rəsmi bəyanat yayaraq İranı Səudiyyə Ərəbistanına qarşı hərbi təcavüzdə günahlandırıb. Koalisiyasının sözçüsü Torki əl Maliki jurnalistlərə açıqlamasında bildirib ki, Səudiyyə Krallığı paytaxtına atılan raketin İranda istehsal edildiyi artıq müəyyən edilib.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar