SON XƏBƏRLƏR

Boris Conson Qasım Süleymaninin öldürülməsi əməliyyatına dəstək nümayiş etdirib

2021.10.20, 07:36
Boris Conson Qasım Süleymaninin öldürülməsi əməliyyatına dəstək nümayiş etdirib

Gunaz.tv

GünAz TV: Britaniyanın Baş naziri Boris Conson Amerikanın Qasım Süleymanini öldürməsinə dəstək nümayiş etdirib.

 

O bildirib ki, regionda qeyri-stabil vəziyyəti yaradan Süleymani ABŞ-ın mənafeyinə qarşı təhdid.

 

“Qasım Süleymani Qərb dövlətlərinin əsgərlərinə hücum edirdi. Onun minlərlə günahsız insanın, eləcə də Qərb əsgərlərinin ölümündə əlinin olmasını nəzərə alsaq, Süleymaniyə görə ağlamaq doğru deyil”, - deyə Conson əlavə edib.

 

Baş nazir həmçinin qeyd edib ki, İranın intiqam şüarları səsləndirməsi heç kimin mənafeyinə xidmət etmir, buna görə də, rəsmi London gərginliyin azaldılması üçün bütün tərəflərlə təmaslar qurur.

 

O, sonda şəxsən özünün və Xarici İşlər nazirinin müxtəlif ölkələrin rəsmiləri ilə danışıqlar apardığını və bütün təmasların nəticələri barədə 2 gün sonra Parlamenti məlumatlandıracaqlarını deyib.

 

Xatırladaq ki, Britaniya bir müddət öncə İranın təxribatçı addımlarına qarşı körfəzdə dəniz missiyası həyata keçirəcəyini bəyan etmişdi. Ölkənin Xarici İşlər və Müdafiə nazirləri də Süleymaninin öldürülməsini müsbət qarşılamışdılar.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar