SON XƏBƏRLƏR

İbrahim Rəisi SEPAH-ın xərclərini iki dəfə artırıb

2022.04.28, 14:14
İbrahim Rəisi SEPAH-ın xərclərini iki dəfə artırıb

Gunaz.tv

Həmin hesabatda İbrahim Rəisinin yeni ildə İnqilab Keşikçiləri Korpusunun büdcəsini iki dəfədən çox artıraraq 22 milyard dollara çatdırdığı, İran ordusunun ümumi büdcəsinin isə 8 milyard dollara çatdığı bildirilir. 

Hesabatda əlavə olunur ki, İran İslam Respublikası da hərbi xərclərini 11 faiz artıraraq, ötən il ən böyük hərbi istehlakçılardan birinə çevrilib.

Hesabatda əlavə olunur ki, 2020-ci ildə illik hərbi xərclərinə görə dünyada 18-ci yerdə olan İran, ötən il üç pillə irəliləyərək hərbi xərclərə görə dünyada 15-ci yeri tutub.

Qeyd edək ki. İranda iqtisadi təməllərin dağılması, əhalinin məişət problemlərinin çoxalması və inflyasiya göstəricilərinin kəskin artmasına baxmayaraq, Tehran hökuməti ölkənin gəlirlərinin çox hissəsini hərbi sahəyə ayırır.

Bununla yanaşı Suriya, Livan, Yəmən, İraq kimi ölkələrdə dəstəklədiyi hərbi qruplaşmaların silah və maddi təminatını öz üzərinə götürdüyü üçün illik büdcənin bir hissəsi ölkədən çıxarılır.

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar