SON XƏBƏRLƏR

İbrahim Rəisi hökuməti dövründə edamlar iki dəfə artıb

2022.04.29, 08:04
İbrahim Rəisi hökuməti dövründə edamlar iki dəfə artıb

Gunaz.tv

Hesabatda 2021-ci ildə ən azı 333 nəfərin edam olunduğu barədə məlumatların təsdiq olunduğu və bunun İbrahim Rəisinin hakimiyyətə gəlişindən öncəki ilə nisbətdə 25% çoxaldığı yazılıb.

Onlar İbrahim Rəisinin prezident seçilməsindən 2021-ci ilin ilk yarısı ilə ikinci yarısı arasında müqayisədən edam hökmlərinin iki dəfə artdığını qeyd ediblər.

İki təşkilatın yaydığı 120 səhifəlik hesabatda İbrahim Rəisinin hakimiyyəti dövründə həyata keçirilən edam cəzalarının yalnız 55-nin (16.5%) rəsmi olaraq elan edildiyi, 278 nəfərin edam edilməsi barədə rəsmi məlumat verilmədiyi qeyd bildirilib.

Hesabata görə, beynəlxalq insan haqları təşkilatlarının bütün çağırışlarına rəğmən İran hökuməti azyaşlıların edam hökmünün dayandırılmasına əhəmiyyət verməyib və ötən il ərzində 2 azyaşlı və 17 qadın dar ağacından asılaraq edam edilib.

İki insan haqları təşkilatı hesabatın sonunda İranda ölüm hökmünün tətbiqinə dərhal son qoymağa çağırıb və beynəlxalq ictimaiyyəti, xüsusən də BMT-nin Narkotiklər və Cinayətlər üzrə İdarəsini və İranla diplomatik əlaqələri olan Avropa dövlətlərini İranda edam cəzalarının dayandırılması üçün daha fəal siyasət yürütməyə dəvət edib. 

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar