SON XƏBƏRLƏR

İran Rusiyanın Ukraynaya təcavüzünə üstüörtülü şəkildə dəstək verdi: "NATO-nun şərqə genişlənməsi ciddi təhlükə yaradır"-Rəisi

2022.02.25, 04:30
İran Rusiyanın Ukraynaya təcavüzünə üstüörtülü şəkildə dəstək verdi: "NATO-nun şərqə genişlənməsi ciddi təhlükə yaradır"-Rəisi

Gunaz.tv

Telefon danışığı zamanı o, üstüörtülü şəkildə Rusiyanın Ukraynaya hücumuna dəstək verən Rəisi hadisələrin bölgə və xalqların xeyrinə bitəcəyinə ümid etdiyini deyib.

“NATO-nun şərqə doğru genişlənməsi gərginlik yaradır və bu müxtəlif bölgələrdə müstəqil dövlətlərin sabitlik və təhlükəsizliyinə ciddi təhlükə törədir”-deyə, İran prezidenti bildirib.

Vladimir Putin isə Ukraynya hücumu “onilliklər ərzində təhlükəsizlik müqavilələrinin pozulmasına və Qərbin Rusiyanın təhlükəsizliyini pozmaq cəhdlərinə qanuni cavab” adlandırıb.

Qeyd edək ki, son günlər İran Ukraynadakı mövcud vəziyyətə, Rusiyanın bu ölkəyə hücumuna görə ABŞ və NATO-nu günahlandırıb. İran hakimiyyətinin Rusiyanın iddialarını dəstəkləyən mövqeyi sosial mediada geniş mənfi reaksiyalarla qarşılanıb.

Fevralın 24-də İran xarici işlər naziri  Hüseyn Əmir Abdullahiyan və Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə də Rusiyanın hücumunun məsuliyyətini Amerika və NATO-nun “qıcıqlandırıcı” siyasətləri ilə əlaqələndirib və bunu “gərginlik”, “iğtişaş” kimi qələmə veriblər.

İranın rəsmi və yarım rəsmi mediası Rusiyanın işğalçılıq əməliyyatlarını “xüsusi əməliyyat” kimi yayıb və buna haqq qazandırmağa çalışırlar.

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar