SON XƏBƏRLƏR

İran prezidenti Azərbaycan şəhərinə səfər edib

2021.10.22, 07:22
İran prezidenti Azərbaycan şəhərinə səfər edib

Gunaz.tv

Rəisini gətirən uçaq bu gün oktyabrın 22-i, yerli vaxtla saat 07:14-də Muğan mahalının mərkəzi Parsabad hava limanına enib. 

Prezidenti hava limanında İranın ali lideri Əli Xamneyinin Ərdəbil əyalətindəki nümayəndəsi və Ərdəbilin cümə imamı Seyid Həsən Amili, əyalət valisi Seyid Hamid Amili və başqa yerli məsullar qarşılayıblar.

Ərdəbilə bir günlük səfəri zamanı Rəisi əyalətdə müxtəlif layihələrlə tanış olacaq.

O, səhər saatlarında Muğan Aqrar Sənaye Parkında olub və bu istehsal kompleksinin müxtəlif bölmələrindən görüş keçirib. 

Prezidentlə yanaşı bir sıra nazirlərin də əyalətə səfər etdiyi deyilir. Onların müxtəlif bölgələrdə görüşlər keçirəcəyi gözlənilir.

Bundan öncə Ərdəbil əyalətinin bir sıra millət vəkilləri və yerli məsulları, əyalətin ən əsas problemlərinin yol, dəmiryolu xətti layihəsinin tamamlanması, su çatışmazlığı və işsizlik olduğunu bildiriblər.

Onlar Rəisinin Ərdəbilə səfəri zamanı bu məsələlərin müzakirə olunacağını qeyd etsələr də, bir sıra məsullar vəsait çatışmazlığına görə adı çəkilən problemlərin həll olunacağına inanmadıqlarını deyiblər.

Onların fikrincə prezidenti bölgəyə səfəri formal xarakter daşıyır və səfərin uzun illərdir yığılıb qalan problemlərin həllində hansısa möcüzə yaradacağı gözlənilmir.

C.E  

 

عکس| حضور رئیس جمهور در استان اردبیل

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar