SON XƏBƏRLƏR

İran prezidenti İbrahim Rəisi Təbrizə səfər edib

2022.06.02, 04:45
İran prezidenti İbrahim Rəisi Təbrizə səfər edib

Gunaz.tv

Hava limanında media nümayəndələrinə açıqlama verən Rəisi bundan öncə Ərdəbil və Qərbi Azərbaycan əyalətlərində olduğu kimi yarımçıq layihələrin tamamlanması məsələsinin həllinə çalışacağını deyib.

Onun sözlərinə görə, uzun müddətdir yarımçıq qalan Miyana-Təbriz dəmir yolu, Araz çayından Təbrizə su kəmərinin çəkilməsi, Araz İqtisadi Məntəqəsi, Urmu gğlünün bərpası və başqa bu kimi yarımçıq layihələrin tamamlanması əsas məqsəddir.

Qeyd edək ki, bundan öncə Qərbi Azərbaycan və  Ərdəbil əyalətlərinə səfər edən Rəisi, heç bir yeni layihə üçün vəsait ayrılmayacağını və yalnız yarımçıq qalan layihələrin həllinin nəzərdə tutulduğunu bildirmişdi.  

Cavidan
 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar