SON XƏBƏRLƏR

İbrahim Rəisi yenidən etirazçıları iğtişaşçı adlandırdı

2022.09.29, 05:24
İbrahim Rəisi yenidən etirazçıları iğtişaşçı adlandırdı

Gunaz.tv

Etirazla iğtişaş arasında fərq olduğunu deyən prezident son günlər baş verən kütləvi etiraz aksiyalarını iğtişaş adlandırıb və aksiyaçılara qarşı tədbir görülməsini istəyib.

Məhsa Əmininin ölümü barədə qısa açıqlama verən Rəisi "Tibbi Ekspertiza"nın rəyini gözlədiklərini və yaxın bir neçə gün ərzində adı çəkilən mərkəzin ölüm səbəbi barədə qəti rəy verəcəyini bildirib.

İbrahim Rəisi müxalif düşüncələrə və dinc aksiyalara pis baxmadığını iddia edib.

Lakin o, başçılıq etdiyi hökumətin rəsmi icazə ilə fəaliyyət göstərən partiya və təşkilatların aksiya keçirmələrinə imkan verilməməsi barədə heç nə deməyib.

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar