SON XƏBƏRLƏR

İbrahim Rəisi yenidən İsraili təhdid etdi

2022.08.29, 08:20
İbrahim Rəisi yenidən İsraili təhdid etdi

Gunaz.tv

İran televiziyası ilə birbaşa yayınlanan çıxışında Rəisi bundan öncəki fikirləri təkrar edərək ölkəsinin nüvə silahına yiyələnmək fikrində olmadığını, bu texnologiyadan yalnız sənaye, kənd təsərrüfatı və elektrik istehası sahəsində istifadə etmək istədiklərini iddia edib.

O, İsrail dövlətinin ilk gündən İranın nüvə texnologiyasına yiyələnməsinə qarşı çıxdığını və bu dövlətin təhdidlərinin nəticə verməyəcəyini söyləyib.

İsrailin fələstinlilərin qarşısında aciz qaldığını iddia edən Rəisi İranın bu ölkəyə gərəkən cavabı vermək gücündə olduğunu deyib.

İran prezidenti Tehran rəsmilərinin İsrailə qarşı ənənəvi təhdid fikirlərini bir daha səsləndirib və İsrailin İrana qarşı hər hnası hərbi addım atacağı barədə xəbərdarlıq edib.

"Qərar qəbul etməklə onu həyata keçirmək arasında böyük fərq var.

İsrail İrana qarşı hər hansı addım atmağa qərar verə bilər, ancaq onu həyata keçirmək üçün vaxtı qalmaz və İsrail yer üzündən yox olar"-deyə, İbrahim Rəisi İsraili təhdid edib.

Nüvə danışıqlarına toxunan Rəisi İranın təhlükəsizliyi məsələləri ilə bağlı şübhələr aradan qaldırılmayana qədər razılaşmadan danışmağın mənasının olmadığını vurğulayıb.

O, sanksiyaların azaldılması və ləğvi ilə bağlı mövqelərindən heç bir şəkildə geri çəkilməyəcəklərini, İranın dondurulmuş vəsaitlərinin geri qaytarılması məsələsində isə israrlı olduqlarını bildirib.

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar