SON XƏBƏRLƏR

İbrahim Rəisinin Özbəkistana səfəri başlayıb

2022.09.14, 11:15
İbrahim Rəisinin Özbəkistana səfəri başlayıb

Gunaz.tv

O, qeyd edib ki, İran və Özbəkistan arasında çox yaxşı əlaqələr mövcuddur.

"Hazırda iki ölkə arasında ticarət dövriyyəsi 500 milyon dollar təşkil edir, lakin hər iki ölkə bu rəqəmin kafi olmadığı və daha da artırılmasında maraqlıdır".

İran mediasının yazdığına görə, yüksək nümayəndə heyətinin başında Özbəkistana səfər edən Rəisi, səfər çərçivəsində Rusiya, Çin, Hind və başqa ölkələrin dövlət başçıları ilə görüşlər keçirəcək. 

Rəisi bildirib ki, İranın Şanxay Əməkdaşlıq Təşkilatına üzvlülüyü ötən iclasda təsdiqlənib. "Sənədlər araşdırılıb və ölkəmizə təqdim olunub.

Bu səfərin önəmi bu təsdiqlənmiş sənədlərin Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin xarici işlər nazirləri tərəfindən imzalanmasıdır".

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar