SON XƏBƏRLƏR

Brayan Huk: “Amerika İranın Hizbullah və Həması maliyyələşdirməsi prosesini zəiflədib”

2021.10.20, 07:36
Brayan Huk: “Amerika İranın Hizbullah və Həması maliyyələşdirməsi prosesini zəiflədib”

Gunaz.tv

GünAz TV: Amerika Birləşmiş Ştatlarının Dövlət Departamentinin İran üzrə Xüsusi İşçi Qrupunun rəhbəri Brayan Huk ölkəsinin İrana qarşı tətbiq etdiyi sanksiyaların terrorizmin maliyyələşdirilməsi prosesinin zəifləməsinə əhəmiyyətli təsir göstərdiyini deyib.

 

Konqresin dinləmələr toplantısında iştirak edən diplomat qeyd edib ki, sanksiyalar nəticəsində İranın Hizbullah və Həmas kimi terror qruplaşmalarına göstərdiyi hərbi və maddi yardımın həcmi əhəmiyyətli dərəcədə azalıb, eləcə də Tehran atom bombası əldə etmək üçün etdiyi təlaşları maddi çatışmazlıq səbəbindən əvvəlki sürətlə davam etdirə bilməyib.

 

Yəmən vətəndaş müharibəsindən də danışan amerikalı diplomat İranın husiləri dəstəkləməklə, Yəmən xalqının acınacaqlı vəziyyətə düşməyinə səbəb olduğunu deyib.

 

Hukun sözlərinə görə, bu günə qədər rəsmi Vaşinqton tərəfindən qəbul edilmiş sanksiyalar müəyyən müsbət nəticələr verib. Belə ki, İran Suriyada hərbi aktivliyini kifayət qədər azaldıb, Hizbullah terrorçularına ödədiyi aylıq muzdu demək olar ki, kəsib, regionda özünə bağlı terror təşkilatlarına aylıq verdiyi pulların miqdarını kifayət qədər aşağı salıb, eləcə də ölkə iqtisadiyyatı 6%-dən çox kiçilib. O, həmçinin rəsmi Tehranın terror siyasətinə davam etdiyi təqdirdə, sanksiyaların davam edəcəyini və İran iqtisadiyyatının daha da acınacaqlı duruma düşəcəyini deyib.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar