SON XƏBƏRLƏR

Brayan Huk: “İslam respublikası İran xalqının dəstəyini itirməsindən çox nigarandır”

2021.10.20, 07:36
Brayan Huk: “İslam respublikası İran xalqının dəstəyini itirməsindən çox nigarandır”

Gunaz.tv

GünazTV: ABŞ Dövlət Departamentinin İran məsələləri üzrə özəl işçi qrupunun rəhbəri Brayan Huk martın 1-də Vaşinqtonda keçirilən Amerika-İsrail İctimai Əlaqələr Komitəsinin (AİPAC) illik toplantısı zamanı jurnalistlərə açıqlamasında İranda baş vermiş son repressiyalardan danışıb.

 

İran xalqının rejimə qarşı dinc etirazlarını yüksək qiymətləndirən Huk deyib ki, İranın artıq regional terrorçuları maliyyə baxımdan təmin etməyə imkanları tükənib: “İran rejimi 2019-cu ilin noyabr ayında 1500-dən çox dinc etirazçını qətlə yetirib, sivil insanlara qarşı geniş repressiyalar həyata keçirib.

 

İran rejimi həmçinin küçələrdə Amerika və İsrail bayraqlarının ayaq altında tapdalanmasına səy göstərsə də, insanlar bu işdən imtina ediblər. Bunlar isə İran xalqıdır.

 

Hazırda Livan “Hizbullah”ının rəhbəri Həsən Nəsrullah xalqa müraciət edərək onlardan maliyyə yardımı istəyir. Bu isə Amerikanın xarici siyasəti üçün bir uğurdur. Həsən Nəsrullahın maliyyə yardım almaq üçün insanlara üz tutması isə onu göstərir ki, İran rejiminin Livanda “Hizbullah”a və digər yarı-yaraqlı şiə qruplaşmalarına pul verməyə imkanı yoxdur. Bu isə prezident Trampın İran rejiminə qarşı tətbiq etdiyi maksimum təzyiq siyasətinin nəticəsidir.

 

İranda keçirilən son parlament seçkilərinə və insanların şou xarakteri daşıyan bu üzdəniraq seçkiləri boykot edib onda iştirak etməməsi isə rejimin qorxusuna səbəb olub. Daha doğrusu, İslam respublikası İran xalqının dəstəyini itirməsindən vahiməyə düşərək nigaranlıq içindədir” -deyə, ABŞ Dövlət Departamentinin İran məsələləri üzrə özəl işçi qrupunun rəhbəri Brayan Huk Vaşinqtonda “AİPAC” toplantısı zamanı jurnalistlərə açıqlamasında bəyan edib.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar