SON XƏBƏRLƏR

Təbriz bələdiyyəsinin müşahidə kameralarına haker hücumu olub

2022.06.10, 08:43
Təbriz bələdiyyəsinin müşahidə kameralarına haker hücumu olub

Gunaz.tv

Təbriz Bələdiyyəsinin İnformasiya və Kommunikasiya Texnologiyaları Təşkilatının icraçı direktoru Məhəmmədrza Kazimi bunun texniki yenilənmə ilə əlaqəli olduğunu deyib.

"Dünən axşam saatlarından etibarən sistemlərin yenilənməsi, kəmiyyət və keyfiyyətinin yaxşılaşdırılması, həmçinin yeni alət və texnologiyaların tətbiqi ilə əlaqədar Təbriz Bələdiyyəsinin portallarına giriş qısa müddət ərzində mümkün olmayıb”-deyə, Məhəmmədrza Kazimi bildirib.

Qeyd edək ki, iyunun 2-də Tehran bələdiyyəsi başda olmaqla bir sıra əhəmiyyətli dövlət obyektləri və mərkəzlərinə edilən haker hücumu nəticəsində minlərlə müşahidə kamerası sıradan çıxarılmışdı. 

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar