SON XƏBƏRLƏR

Təbrizdə divarlara etiraz şüarları yazılıb- Vətəndaşlar etiraz aksiyalarına çağırılıb-FOTOLAR

2022.05.15, 11:09
Təbrizdə divarlara etiraz şüarları yazılıb- Vətəndaşlar etiraz aksiyalarına çağırılıb-FOTOLAR

Gunaz.tv

“Bıçaq sümüyə dirənib, can boğaza yığılıb”, “Səsimizə səs ver millət, çıxış yolu bu gün sabahdır” və başqa bu kimi şüarlarla ağır iqtisadi duruma işarə edib və azərbaycanlıları etiraza çağırıblar.

Qeyd edək ki, Güney Azərbaycan şəhərlərindən ilk etiraz aksiyalarına qoşulan Ərdəbil olub.

Mayın 13-də Ərdəbil şəhərinin Şəriəti meydanında əhali bahalıq, ərzaq qıtlığına qarşı etiraz mitinqi keçirib.

Yerli vaxtla saat 17:40-dan sonra başlayan aksiyaların qarşısını almaq üçün polis məmurları etiraza müdaxilə edərək aksiyaçılara qarşı zor işlədib. Rezin dəyənəklərdən istifadə edib.

İlkin məlumatlara görə, çoxlu sayda etirazçı həbs edilərək naməlum yerlərə aparılıblar.

Hələlik tutulan milli fəallardan yalnız Nasir Beheşti və Şükür Qasıminin adları məlumdur.

Şəriəti meydanı və mərkəzi küçələrdə çox sayda polis məmurları və təhlükəsizlik qüvvələrinin toplaşdığı qeyd olunur.

content_image_1652604445.jpg

content_image_1652604473.jpg

content_image_1652604498.jpg

content_image_1652604529.jpg

content_image_1652604551.jpg

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar