SON XƏBƏRLƏR

Təbriz İstilik Elektrik Stansiyası bağlana bilər- Xəbərdarlıq

2021.11.24, 12:56
Təbriz İstilik Elektrik Stansiyası bağlana bilər- Xəbərdarlıq

Gunaz.tv

O, Təbriz və Binab İES-nın fəaliyyəti ilə bağlı bir sıra məsulların yarıtmaz fəaliyyətlərinə toxunub və bildirib ki, ətraf mühiti və havanı çirkləndirən stansiyalarda problemlər təcili şəkildə həll olunmasa onlar plomblanacaq və məsələdə rolu olan şəxslər məsuliyyətə cəlb olunacaq.

“Verilən məlumatlara görə, şəhərlərdə çirklənmə səviyyəsi və kənd təsərrüfatı ərazilərində istilik elektrik stansiyalarının yaratdığı ekoloji problemlər dözülməzdir. Elektrik stansiyalarının məsul şəxslərinin dizel yanacağından istifadə etmək üçün yuxarı qurumların icazə verməsi bəhanələri qəbuledilməzdir.

Belə bəhanələrlə xalqın hüquqlarını pozmağa kimsənin haqqı yoxdur”-deyə, Müvəqqəri bildirib.

Məhkəmə Sisteminin nümayəndəsi İES-nın məsullarına bundan öncə və ötən illər ərzində də eyni problemlə bağlı xəbərdarlıqlar edilməsinə baxmayaraq, onların məsələni həll etmək istəmədiklərini və bunun üçündə məsuliyyətə cəlb oluna biləcəklərini iddia edib.

Xatırladaq ki, Təbriz Elektrik Stansiyasında mazotdan istifadə nəticəsində beşinci gündür ki, şəhərdə ciddi hava çirkliliyi hökm sürür.

Şərqi Azərbaycan Ətraf Mühitin Mühafizəsi Baş İdarəsinin İctimaiyyətlə Əlaqələr bölməsindən verilən məlumata görə, Təbrizin havası həssas yaş qrupları üçün təhlükəli sayılır.

Təbriz və Binab İES-a qaz verilişi dayandırıldığı üçün elektrik istehsalı üçün dizel yanacağından istifadə edilir və bu ətraf mühitin, havanın çirklənməsinə səbəb olur.

Bununla bağlı bir neçə millət vəkili, əyalətin Ətraf Mühitin Mühafizəsi İdarəsinin başçısı və ətraf mühit fəalları dəfələrlə məsələ qaldırıblar.

İES-nın məsulları İran Milli Qaz Şirkətinin Şərqi Azərbaycan əyalətində mövcud olan istilik elektrik stansiyalarına qaz verilişini dayandırdığı üçün dizel yanacağından istifadə etməyə məcbur olduqlarını bildirirlər.  

C.E
 

خشونت عليه زنان و کودکان در آذربايجان‌شرقي رو به افزايش است

Ihmıd Müvəqqəri

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar