SON XƏBƏRLƏR

"Qardaş acısını sadəcə qardaş çəkər"-Təbriz klubu Azərbaycan səfirliyinə hücumu pislədi

2023.01.27, 14:20
"Qardaş acısını sadəcə qardaş çəkər"-Təbriz klubu Azərbaycan səfirliyinə hücumu pislədi

Gunaz.tv

"Qardaş acısını sadəcə qardaş çəkər. Tehranda Azərbaycan səfirliyinə olan terror hücumunu şiddətlə qınayırıq. Terrora son!",- deyə, Azərbaycan klubu özünün tvitter hesabında etdiyi paylaşımda bildirib.

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub.

Məlumata görə, hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar.

Yaralıların vəziyyəti qənaətbəxşdir.

Azərbaycan səfirliyinə hücum edən şəxs saxlanılıb.

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar