SON XƏBƏRLƏR

Təbriz məhkəməsi "Xaqan" adına kimlik verilməsini qanunsuz adlandırıb

2022.07.03, 12:20
Təbriz məhkəməsi "Xaqan" adına kimlik  verilməsini qanunsuz adlandırıb

Gunaz.tv

"Çox götür-qoy elədim nə yazım, ancaq bir yerə çatmadım. Axi bir ad sizi niyə bu qədər sıxır? Mən bu məsələyə savaş adı qoya bilmirəm, ancaq görünür ki, belə istənilir. Bilmirəm siz məni yorursuz, yoxsa özünüzü?"-deyə, Yunis Mahmudi sosial media paylaşımında yazıb.

Xaqan adına şəxsiyyət vəsiqəsinin verilməməsi ilə bağlı qərarı Təbrizin Hüquq Məhkəməsinin 39-cu bölməsinin hakimi Davud Babayi verib. 

Qeyd edək ki, İran Qeydiyyat İdarəsinin azərbaycanlı uşaqlara türk adlarına görə kimlik vəsiqəsi verməməsi valideynlərin etirazları ilə qarşılanır və onlar məsələni sosial mediada ictimailəşdirməyə məcbur olurlar.

İnsan haqları sahəsində fəaliyyət göstərən təşkilatlar məsələ ilə bağlı  Beynəlxalq İnsan Hüquqları Müşahidəçiləri, İrqçiliyə Qarşı Komitə, Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları Komitəsi və başqa beynəlxalq təşkilatlara şikayət və hesabatlar göndərib.

Bu hesabatda İran İslam Respublikası tərəfindən türklərə qarşı insan ləyaqətinin davamlı təhqir olunduğu vurğulanıb.  

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar