SON XƏBƏRLƏR

Rektor Təbriz Universitetində baş verənləri inkar edib

2022.10.03, 09:00
Rektor Təbriz Universitetində baş verənləri inkar edib

Gunaz.tv

O, oktyabrın 1-də universitetin həyətində bir qrup öyrəncinin toplaşdığını və onların danışıqlardan sonra dağılışdıqlarını iddia edib.

Təbriz Universitetinin öyrəncilərinin etiraz aksiyası keçirmələrini və polis və xüsusi təyinatlı qüvvələrin onlara hücumunu əks etdirən onlarla video yayılsa da rektor məsələni ört-basdır etməyə çalışıb.

Onlarla öyrəncinin döyüldüyü və həbs edildiyi barədə faktlara əhəmiyyət verməyən Səfər Nəsrullahzadə bu barədə yayılan məlumatların dezinformasiya olduğunu iddia edib.

Qeyd edək ki, oktyabrın 1-də Təbriz Universitetinin öyrənciləri geniş etiraz aksiyası keçiriblər.

Kənar bölgələrdən axının qarşısını almaq üçün xüsusi təyinatları qüvvələr universiteti mühasirəyə alıb.

Buna baxmayaraq, universitet və ətraf bölgələrində minlərlə öyrənci, gənc və vətəndaşın iştirakı ilə geniş etiraz aksiyası keçirilib.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar