Təbriz türk şəhəridir, Təbriz İranın deyil! – VİDEO

03.10.2022, 05:01

Bu başlıq mənə aid deyil. Başlığın müəllifi gənc şair dostum, dəyərli vətənpərvər İltimas Səmimidir. Daha doğrusu, bu başlıq onun eyniadlı şeirindəndir.

Gunaz.tv Quote | Gunaz article

Bəli, Təbriz bir türk – Azərbaycan şəhəridir. Bu, tarixən belə olub, indi də belədir. Yüz və min illər sonra da belə olacaq. Bəşər durduqca Təbriz də bir türk şəhəri olaraq yerində duracaq.

…Bu günlərdə Təbrizi də içinə alan hərəkatlar baş verir. İranın orta əsrlərin də ötəsində ilişib qalmış cəfəng idarəetməsi bütövlükdə ölkəni silkələməkdədir. Bu silkələnmə hələ də İranın əsarəti altında olan türk torpaqlarında, o cümlədən Təbrizdə də boy verməkdədir. Lakin bu hərəkətlənmələrin bir əskiyi var.

Bizim İranla işimiz yoxdur. Biz Təbrizi də içinə alan Güney Azərbaycanı düşünürük, onun bir an öncə İran adlı viranənin cəngindən xilas olub normal bir ortamda davam etməsindən yanayıq. Bizə görə, Güney Azərbaycan fars-molla rejiminin xurafatla idarə etməyə çalışdığı İranın bir parçası olaraq davam edə bilməz. 

Bundan sonra böyük və bütöv vətənimizin bu əziz parçası nəhayət ki, özgürlüyünə qovuşmalıdır. Qovuşmalıdır ki, oradakı 10 milyonlarla soydaşımız insanca yaşaya bilsin.

Çox təəssüf ki, Güneydə baş verən proseslər sanki bizim hazırlıqsız yaxalandığımızı göstərir. Belə anlaşılır ki, orada hərəkata başçılıq edəcək, millətin önünə düşüb onu təxribatlardan qoruyacaq vahid bir lider və ya lider təşkilat yoxdur. Ən azından kənardan belə görünür. Düzdür, yurd dışında Güney Azərbaycanla bağlı xeyli sayda qurum fəaliyyət göstərir. 

Amma onların da arasında bir əlaqələndirmə, vahid mövqedən çıxış etmə cəhdlərini görə bilmirik. Sanki hansısa gizli əl o qurumlar arasında da nifaq toxumu səpməklə məşğuldur…

İndi bizim edəcəyimiz tək şey yaranmış tarixi fürsəti düzgün dəyərləndirib umu-küsünü bir kənara buraxmaq, hazırkı mərhələdə birlik və bərabərlik içində hərəkət etməkdir. Bizim üçün önəmli olan Güney Azərbaycanın qurtuluşudur. Həm fars-molla rejimindən, həm də farsların məqsədli şəkildə önə çıxarıb ixtilafa sürükləməyə çalışdığı sözdə kürd hərəkatlarından. 

Bəli, Güney Azərbaycanın problemi sadəcə fars-molla rejiminin özü deyil. Güneyin problemləri arasında özəlliklə də silahlandırılmış “kürdlər” məsələsi var. Digər əsas məsələ isə təbii ki, İranın din üzərindən etdiyi manipulyasiyadır ki, buna da Güneylilər alət olmamalıdır.

Bu arada onu da qeyd edək ki, bəzən Azərbaycan Respublikasının Güneylə bağlı daha hərəkətli olması tələb edilir. Biz Güneyli qardaşlarımızın bu istəyini başa düşürük. Həm də təbii qəbul edirik. Lakin bir şeyi bilmək zəruridir ki, Azərbaycan dövləti özünün içində olduğu çətin geopolitik durumda əlavə problemlərə səbəb olmamalıdır. Bizim dövlət olaraq İranla normal münasibətlər qurmağımız zamanın tələbidir. 

Üstəlik də Güney Azərbaycanda real görünə bilən bir hərəkətlənmə olmadığı halda Azərbaycan dövləti, heç dövlət olmasın, əsas siyasi qüvvələri irəli qaçıb nəsə edə bilməz. Güney Azərbaycanla bağlı daha verimli sonuclar əldə etmək üçün Təbriz başda olmaqla əsas şəhərlərdə xalqın təşkilatlanmış şəkildə ayaqlanması, nəhayət ki, əsarət zəncirlərini qırmaq üçün qətiyyətli davranması lazımdır. 

Eyni zamanda İran yönətimində, həmçinin ordusunda olan türk əsilli görəvlilər də xalqın tərəfinə keçməli, fars-molla rejimi ilə bağları birdəfəlik qırmalıdır.

Daha bir vacib məqam isə yalnız Güney Azərbaycan türklərinin deyil, digər türk xalqlarının da bu əsarət zəncirlərinin qırılmasında səfərbər edilməsidir. Öz tarixi, milli kimliyi ilə farslardan nəinki əskik olmayan, əksinə, daha üstün olan türklər niyə bu qədər uzun müddətdir ki, cahil bir yönətimin əlində əsir qalır? Bunu özümüzə yaraşdırmamalıyıq. 

Ona görə də təşkilatlanmış şəkildə ayaqlanmaq və irticanı süpürüb atmaq lazımdır.

Sadəcə dərk etməliyik ki, Təbriz türk şəhəridir, Təbriz İranın deyil! Hərəkət nöqtəmiz bu olmalıdır. (bayraqdar.info)

Azər Həsrət

Ayxan
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Ərdəbilli milli fəalın məhkəməsi olub

2022-12-01

gun az article

Bakıda “Urmiya gölünün harayı” adlı “dəyirmi masa” keçirilib

2022-11-30

gun az article

Güneyli xanım fəala həbs cəzası verilib

2022-11-30

gun az article

Azərbaycanlı gənc Səhənd Nurməhəmmədzadə edama məhkum edilib

2022-11-30

gun az article

Məlikanda bir neçə milli fəal müvəqqəti azadlığa buraxılıb

2022-11-30

gun az article

Təbrizin millət vəkili: "Danışmaq istəyəni rəhbərə qarşı olmaqda ittiham edirlər"

2022-11-30

gun az article

Cavid Rəhmanın İranda etirazçıların edam edilməsindən narahatlığını bildirib

2022-11-30

gun az article

İran-ABŞ matçında Azərbaycan bayrağı - “O tayı da, bu tayı da”

2022-11-30

gun az article

Ana dili fəalı Əlirza Fərşi aclıq aksiyası keçirəcək

2022-11-30

gun az article

Urmu zindanında milli fəal Davud Kabalı aclıq aksiyası keçirir

2022-11-30

gun az article

Qoşaçay həbsxanasında fəallara işgəncə verilib

2022-11-30

gun az article

Təbrizdə universitet müəllimləri tələbələri dəstəklədi

2022-11-29

gun az article

Həmədanda boşanma sayı artıb

2022-11-29

gun az article

Azərbaycanlı fəal Pərisa Söhrabi qeyri-müəyyən vəziyyətdə saxlanılır

2022-11-29

gun az article

“Parlaq gələcək”də müzakirə: “Azər ayı və Güney Azərbaycan”-VİDEO

2022-11-29

gun az article

Həmədanda 234 nəfər etirazçı haqqında ittihamnamə hazırlanıb

2022-11-29

gun az article

Güneyli yeniyetmə həbsdən buraxıldıqdan sonra intihar etdi

2022-11-29

gun az article

Təbrizdə tarixi tikili dağıdılıb

2022-11-28

gun az article

Xoyda media fəalı həbs edilib

2022-11-28

gun az article

Güneyli mühacir: "Molla rejimi gedəndən sonra doğulduğumuz yerlərə qayıdacağıq"

2022-11-28