SON XƏBƏRLƏR

Təbriz və Ərdəbil də daxil olmaqla onlarla şəhərdə etiraz aksiyası başlayıb

2022.10.26, 10:32
Təbriz və Ərdəbil də daxil olmaqla onlarla şəhərdə etiraz aksiyası başlayıb

Gunaz.tv

Tehran, Təbriz, Kirman, İsfahan, Məşhəd və başqa şəhərlərdə etiraz aksiyasına qoşulanlar Xameneyi başda olmaqla İslam Respublikasının rəhbərliyi əleyhinə şüarlar səsləndirirlər.

"Bu gün qana qan ilidir, Seyid Əlinin devrilmə ilidir", "ölüm olsun Xameneyiyə" və başqa bu kimi şüarlar verilir.

Tehran şəhərinin Laləzar, Qərəni və Fələstin küçələrində başlayan nümayişlər başqa bölgələrə də yayılıb.

Bununla yanaşı çox sayda narazı həkim İran Səhiyyə Sistemi binası qarşısına toplaşaraq nümayişçilərə dəstək verib, repressiyaları pisləyiblər.

Aksiyanı dağıtmaq üçün hökumət qüvvələrinin həkimlərə qarşı zor tətbiq edildiyi və gözyaşardıcı qazlardan istifadə edildiyi bildirilir.

Eyni halda onlarla Universitetin öyrənciləri Universitet binası qarşısına və ətraf küçələrə toplaşaraq həbsdə olan öyrəncilərin azadlığa buraxılmasını tələb edirlər.

Təbriz və Ərdəbil Universitetlərinin öyrəncilərinin aksiyalarının qarşısını almaq və onların ətraf bölgələrdəki nümayişçilərlə birləşməməsi üçün qapılar bağlanıb və çox sayda hökumət qüvvəsi ali təhsil ocaqlarına cəlb edilib. 

Günorta saatlarında olan məlumatlara görə, Təbriz Universitetində şiddətli gərginlik hökm sürür.

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar