SON XƏBƏRLƏR

Təbriz valisinin Şəhriyarı fars şeiri və ədəbiyyatının milli simvolu adlandırması etirazlarla qarşılaşıb

2022.09.20, 10:30
Təbriz valisinin Şəhriyarı fars şeiri və ədəbiyyatının milli simvolu adlandırması etirazlarla qarşılaşıb

Gunaz.tv

Vali fars dilinin böyük islam sivilizasiyasının genişlənməsi və təbliği dili olduğunu deyib və bu dilin özünün çiçəklənmə dövründə ən şərq nöqtəsi olan Hindistan və Çindən, ən qərb nöqtəsi olan Albaniyaya qədər yayıldığını iddia edib.

Onun bu çıxışı sosial mediada güney azərbaycanlılar tərəfindən tənqidlərlə qarşılaşıb.

Onlar bu sözlərin valiyə diktə olunduğunu və onun fars miliyyətçiləri və hökumət tərəfindən tapışırılan mətni oxuduğunu deyib, onun manqurd olduğunu qeyd ediblər.

"Necə olur ki, Kanadada yaşayan fars qaçqınlarının uşaqlarına öz ana dillərində təhsil almaq şəraiti yaradılıb, amma İranda azərbaycanlılara öz dillərində təhsil qadağan edilir"-deyə, sosial media istifadəçiləri valiyə sual veriblər.

Təbrizin "azərəncümən" saytının yaydığı xəbərə münasibət bildirən çox sayda azərbaycanlı valini satqınlıqda ittiham edib, onun fars miliyyətçiliyinə qulluq etdiyini bildiriblər.

"Bir gün bu ölkədə ədaləti yenidən bərpa edəcəyik"-deyə, fəallardan biri valiyə xəbərdarlıq edib və bu gün dediklərinə görə bir gün cavab verməli olacağını yazıb.

Qeyd edək ki, 2002-ci ildə Azərbaycan əyalətlərinin İran parlamentindəki nümayəndələrinin təklifi ilə 18 sentyabr Şəhriyarın anım günü "Milli Şeir və Ədəbiyyat Günü" kimi təsdiq edilib.

Bundan bir il sonra bu ad dəyişdirilərək "Milli Fars Şeiri və Ədəbiyyatı Günü" kimi təsdiqlənib və bir neçə nümayəndənin, çox sayda azərbaycanlının etirazına baxmayaraq ad dəyişdirilməyib.

Cavidan  

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar