SON XƏBƏRLƏR

Təbrizdə bələdiyyə işçiləri etiraz aksiyası keçirib

2022.03.08, 03:25
Təbrizdə bələdiyyə işçiləri etiraz aksiyası keçirib

Gunaz.tv

Onlar əmək haqqının az olduğunu, bu üzdən məişət problemlərinin çoxaldığını bildirib.

Aksiya iştirakçıları qanunla nəzərdə tutulan ödənişlərin verilməməsinə etiraz ediblər.

Bələdiyyə əməkdaşları onlara vəd edilən bayram ödənişlərinin azaldıldığını bildirib.

Onlar inflyasiyanın yüksəlməsinə baxmayaraq əmək haqlarının dəyişilməz qalmasına etiraz ediblər.

Təbriz bələdiyyəsində özəlliklə son zamanlar hökm sürən böhran və bələdiyyə ilə Şəhər Şurası arasında baş verən qarşıdurmalar işçilərin əmək haqları və başqa ödənişlərinin gecikdirilməsinə səbəb olub. 

İki gün bunda öncə, martın 6-da bələdiyyə idarəsinin inzibati işçiləri bələdiyyə binasına toplaşaraq oturaq aksiya keçiriblər.

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar