SON XƏBƏRLƏR

"Ədalət, azadlıq, milli hökumət"- Təbriz etirazlarında milli şüarlar səsləndirilib-VİDEO

2022.09.20, 17:21
"Ədalət, azadlıq, milli hökumət"- Təbriz etirazlarında milli şüarlar səsləndirilib-VİDEO

Gunaz.tv

Məhsa Əmininin öldürülməsinə etiraz olaraq başlayan aksiyada Azərbaycan dilində milli şüarlar səslənib.

Etirazçılar "Ədalət, Azadlıq, Milli hökumət", "biz ölməyə hazırıq, Babəkin sərbazıyıq", "durub baxan biqeyrət" şüarlarını səsləndiriblər.

Aksiyadan yayılan görüntülərdə təbrizlilər xüsusi təyinatlı qüvvələrin zirehli maşınlarının hərəkətinin qarşısını almaq üçün təkərləri yandırdıqları görünür.

Aksiyaya qatılan xanımlar Məhsa Əmininin hicaba görə öldürülməsinə etiraz əlaməti olaraq yaylıqlarını atıblar.

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar