SON XƏBƏRLƏR

Təbrizdə hava çirkliliyinin səviyyəsi yenidən artıb

2021.12.28, 13:24
Təbrizdə hava çirkliliyinin səviyyəsi yenidən artıb

Gunaz.tv

Şərqi Azərbaycan əyalətinin Ətraf mühitin Mühafizəsi İdarəsinin dekabrın 28-də yaydığı məlumata görə, Təbrizdə hava çirkliliyinin səviyyəsi yenidən artıb və hal-hazırda Təbriz havasının çirklilik göstəricisinin 156-dan yuxarı olmaqla bütün yaş qrupları üçün təhlükəli olduğu bildirilib. 

Şəhərin hava çirkliliyinin əsas amili istilik elektrik stansiyasında mazutdan istifadə edilməsi ilə yanaşı sənaye şəhərciklərində filtrizasiya sistemlərinin quraşdırılmaması və istifadəyə yararsız nəqliyyat vasitələrinin çoxluğudur. 

Hesablamalara görə, havanın çirklənmə göstəricisi 0-dan 50-yə qədər təmiz hava, 50-dən 100-ə qədər sağlam hava, 100-dən 150-yə qədər qeyri-sağlam və həssas yaş qrupları üçün təhlükəli hava, 150-dən 200-ə qədər isə bütün yaş qruplar üçün qeyri-sağlam hava, 200-dən çox göstərici isə kritik hava çirkliliyi vəziyyətini göstərir.
 

C.E  

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar