SON XƏBƏRLƏR

Təbrizdə SEPAH və "Bəsic" üzvləri Azərbaycan konsulluğunun binasına dini bayraq asıblar

2022.08.08, 07:06
Təbrizdə SEPAH və "Bəsic" üzvləri Azərbaycan konsulluğunun binasına dini bayraq asıblar

Gunaz.tv

Bu barədə İran mediası məlumat yayıb.

Azərbaycanda dini mərasimlərə icazə verilmədiyini, əzadarlıq bayraqlarının yığışdırıldıqlarını iddia edən İran mediası konsulluq binasına dini bayraqların "dindar gənclər" tərəfindən asıldığını iddia edib.

Sosial media fəalları isə etdikləri paylaşımlarda bunun SEPAH və yarım hərbi "Bəsic" qüvvələri tərəfindən edildiyini bildiriblər.

Qeyd edək ki, oxşar hadisə avqustun 4-də Azərbaycan Respublikasının Londondakı səfirliyində də həyata keçirilib.

Səfirliyə hücum edən radikal dini qruplaşmanın üzvləri Azərbaycan bayrağını yerə atıb, onun yerinə "ya Hüseyn" yazılan bayraqlar asıblar.  

İran hökuməti bu hərəkətdə əli olmadığını iddia etsə də, Təbrizdə baş verən hərəkətlə Londondakı hücumun oxşarlığı hər ikisinin bir mərkəzdən edildiyini göstərir.

 

14010516000765_Test_NewPhotoFree.jpg

Timur
 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar