SON XƏBƏRLƏR

Təbrizdə qarşıdurma: Kəndə polis yeridildi, onlarla insan döyüldü

2021.12.21, 09:24
Təbrizdə qarşıdurma: Kəndə polis yeridildi, onlarla insan döyüldü

Gunaz.tv

Məlumata görə, qarşıdurmaya səbəb Oğli əhalisi bələdiyyənin qərarına dirənişi olub.

Qeyd edək ki, bələdiyyənin tapışırığı ilə Oğli əhalisinin evlərinin və bağ hasarlarını sökülməsinə başlanılıb. Əhali isə buna razılıq vermir.

Əhlai rəsmi qurumların qanunsuz qərarına dirəniş göstərdiyi üçün kəndə xüsusi polis qüvvələri yerildilib. Polis əməkdaşları ilə yerli sakinlər arasında toqquşma baş verib. 

Kəndə hücum edən polis qüvvələri əhaliyə qarşı zor tətbiq edib.

Nəticədə çoxlu sayda dinc sakin döyülüb və ağır xəsarətlər alıb.

Əhalinin əmlakına, o cümlədən avtomobillərinə xəsarətlər yetirilib.

Polislər bir sıra avtomobillərin nömrələrini özləri ilə aparıb və beş evi ağır texnika vasitəsilə dağıdıblar. 

Dekabrın 20-də 2 saat davam edən qarşıdurma nəticəsində kənd sakinlərindən 5 nəfər saxlanılıb və onların barəsində həbs hökmü çıxarılıb. 

C.E

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar