SON XƏBƏRLƏR

Təbrizdə çörək qıtlığı yaranıb

2022.05.17, 07:33
Təbrizdə çörək qıtlığı yaranıb

Gunaz.tv

Məlumatda qeyd olunur ki, onlarla çörək sexi bağlandığı üçün fəaliyyət göstərən çörəkçilər əhalinin çörəyə olan ehtiyacını qarşılaya bilmir.

Fəaliyyəti dayandırılan çörəkçilər bildirib ki, un bahalaşdığı üçün işi davam etdirə bilmirlər. Onlar hökumətin vəd etdiyi subsidiyanı da vermədiyini vurğulayıblar.

Hazırda açıq olan çörək sexləri isə un çatışmazlığına görə istehsalı azaldaraq öncəkindən az çörək satdıqlarını deyiblər. 

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar