SON XƏBƏRLƏR

Təbrizdə Urmu gölü ilə bağlı şüarlar yazılıb

2022.09.04, 17:51
Təbrizdə Urmu gölü ilə bağlı şüarlar yazılıb

Gunaz.tv

Sentyabrın 4-də Azərbaycan Milli Hərəkatının fəalları Urmu gölünün quruması və duz fırtınası fəlakəti ilə bağlı xəbərdarlıq edib.

Təbriz şəhərində divarlara şüarlar yazılıb və qrafitilər çəkilib. Onlar bununlar ictimaiyyətin diqqətini can verən Umru gölünə çəkməyə çalışıblar.

Təbriz divarlarında ingiliscə "Urmu gölünün ölümü=duz fırtınası=Azərbaycanın ölümü" şüarı yazan fəallar ekoloji fəlakətin Azərbaycan əyalətlərində milyonlarla insanın həyatını təhlükəyə atdığı barədə xəbərdarlıq ediblər.

Qeyd edək ki, rəsmi statistikaya görə Urmu gölünün 90 faizdən çoxu quruyub.

Bərpa layihələrinin bu günə qədər gecikdirilməsi yaxın gələcəkdə gölün tamamilə məhvinə səbəb olacaq.

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar