SON XƏBƏRLƏR

Təbrizdə 1000 çarpayılıq xəstəxananın tikintisi yarımçıq qalıb

2022.01.04, 10:29
Təbrizdə 1000 çarpayılıq xəstəxananın tikintisi yarımçıq qalıb

Gunaz.tv

Bu barədə Bəhmən Nəqipur mətbuata açıqlamasında bildirib.

Onun sözlərinə görə, şəhər üçün 5 il bundan öncə təməlatma mərasimi keçirilən vacib layihə vəsait çatışmazlığı ucbatından yarımçıq qalıb.

1000 yataqlıq xəstəxananın tikintisində bu günə kimi yalnız 20% irəliləyiş olduğunu deyən B.Nəqipur Təbrizin əyalət əhalisi ilə yanaşı başqa əyalətlərin də xəstələrinə xidmət göstərmək məcburiyyətində olduğunu diqqətə çatdırıb.

Rektor xəstəxananın tikintisinin davam etdirilməsi üçün büdcə vəsaiti ayrılmasını tələb edib.

O, bundan öncə daha ucuz başa gəlməsi planlaşdırılan layihənin gecikdirilməsi səbəbindən tikinti xərclərinin iki qat çoxalmasının işlərin davam etdirilməsini dahada çətinləşdirdiyini qeyd edib.

“Belə görünür ki, layihənin tamamlanması üçün dövlətin büdcə ayırmasının gözləsək bu iş hələ uzun illər gecikəcək.

Ona görə də əyalət məsulların, millət vəkilləri layihənin tamamlanması üçün alternativ maliyyə qaynaqlarının cəlb olunmasına çalışmalı, yerli xeyriyyəçilərin ianələrinə ümid etməliyik”-deyə, Bəhmən Nəqipur dövlətin layihəyə vəsait ayırmaq niyyətində olmadığına işarə edib.

Qeyd edək ki, 50 hektar torpaq sahəsi içində 140 min kvadratmetr infrastruktura malik xəstəxananın inşası 5 il öncə başlayıb və yaxın aylarda istifadəyə verilməsi planlaşdırılmışdı.

Ancaq vəsait çatışmazlığı səbəbindən bu günə kimi xəstəxana binasının yalnız 20%-i işlənilib.

C.E
 

سرپرست دانشگاه علوم پزشکی تبریز منصوب شد - ایسنا

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar