Təbrizin orduya məxsus İmam Əli xəstəxanasının ictimaiyyətlə əlaqələr bölməsindən verilən məlumata görə, xəstəxanada olan əsgər bıçaqla xəstəxana işçilərinə hücum edib.
Hücum nəticəsində xəstəxana işçilərindən iki nəfər həyatını itirib.
Məlumatda hücumun səbəbi barədə açıqlama verilmədən əsgərin hüquq mühafizə orqanları tərəfindən saxlanıldığı bildirilib. (Axar.az)
Timur