SON XƏBƏRLƏR

Təbrizdə Aylar Həqqinin 40 mərasimində 10-dan çox şəxs həbs edildi

2022.12.27, 15:51
Təbrizdə Aylar Həqqinin 40 mərasimində 10-dan çox şəxs həbs edildi

Gunaz.tv

Polis, SEPAH və təhlükəsizlik məmurlarının həbs edərək naməlum yerə apardığı şəxslər arasında hələlik milli-mədəni fəal İbrahim Mühacirin kimliyini müəyyənləşdirmək mümkün olub.

Yerli sosial media fəalları və insan haqları müdafiəçilərinin verdiyi məlumata görə, Aylar Həqqinin atası və anası da qəbristanlıqdan geri qayıtdıqları zaman saxanılaraq naməlum yerə aparılıblar.

Aylar Həqqinin atası 40 mərasimi zamanı qızının məzarı başında çıxış edərək hakimiyyəti tənqid edib.

Qeyd edək ki, noyabrın 16-ı axşam saatlarında Təbrizdə keirilən etiraz aksiyası zamanı Tibb Elmləri Universitetinin öyrəncisi, tələbə hərəkatı fəalı Aylar Həqqi hökumət məmurları tərəfindən öldürülüb.

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar