SON XƏBƏRLƏR

Təbrizdə yol qəzalarında ölənlərin sayı artıb

2021.12.08, 08:21
Təbrizdə yol qəzalarında ölənlərin sayı artıb

Gunaz.tv

Onun fikrincə, əlaqədar qurumlar arasında koordinasiyalı fəaliyyətin olmaması qəza risklərinin və itkilərinin sayının artmasına səbəb olub. 

Komissiya üzvü Rəsul Bərgi isə şəhərin prospektləri və bir sıra ana yollarında işıqlandırma, sürət ölçmə avadanlıqları və yol hərəkəti nişanlarının olmadığını deyib və bunun üçün vəsait ayrılmadığını bildirib. 

Qeyd edsək ki, Şərqi Azərbaycan əyalətinin Yol Polisi İdarəsinin başçısı polkovnik Rza Kərimnejadın noyabrın son həftəsində verdiyi məlumata görə, əyalətdə yol qəzalarında ölənlərin sayında 16% çoxalma qeydə alınıb. 

Eyni vaxtda mediaya məlumat verən Şərqi Azərbaycan Tibbi Ekspertiza Mərkəzinin rəhbəri Əli Səfayifərd isə  əyalətdə yol qəzalarının və qəza nəticəsində ölüm hallarının kəskin çoxaldığını deyib.

O, cari günəş ilinin ilk 7 ayı ərzində əyalətdə baş verən yol qəzalarında 556 nəfər həyatını itirdiyini və bunun ötən ilin oxşar dövrünə nisbətdə 18% artdığını bildirib.

Qəzalarda həyatının itirənlərin 442-nin kişi, 114-nün qadın olduğunu deyən Səfayifərd eyni müddətdə 9822 nəfərində bədən xəsarətləri aldığını və bununda ötən günəş ilinin eyni dövrü ilə müqayisədə 7% çoxaldığını açıqlayıb.

Tibbi Ekspertiza Mərkəzinin verdiyi məlumata görə, ötən günəş ilində Şərqi Azərbaycan əyalətində 715 nəfər yol qəzaları nəticəsində ölüb, 14 min nəfər isə yaralanıb.

C.E

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar