SON XƏBƏRLƏR

"Bölgələrə kənardan gətirilən şəxslər məsul təyin olunur"-Təbrizin cümə imamı hökuməti tənqid etdi

2022.01.03, 12:13
"Bölgələrə kənardan gətirilən şəxslər məsul təyin olunur"-Təbrizin cümə imamı hökuməti tənqid etdi

Gunaz.tv

O, Nazirlər Kabinetinin tərkibində azərbaycanlılara yer verilməməsindən narazılığını bildirib.

Seyid Məhəmmədəli Ali-Haşim bununla yanaşı əyalətin azad iqtisadi bölgələrinə yerli olmayan məsulların təyin olunmasınada münasibət bildirib.

“Şərqi Azərbaycanda bunca insanın arasından bir neçə nəfər bacarıqlı kadr tapmaq o qədər çətindir ki, azad iqtisadi bölgələrə yerli olmayan və qıraqdan gətirilən şəxslər məsul təyin olunur?”-deyə, o, hökumətə sual verib.

Cümə imamı yeni hökumətin formalaşmasında lobbiçiliyini əhəmiyyətli dərəcədə rol oynadığına toxunub, lobbisi güclü olanların müdir və məsul vəzifələrə gətirildiklərini söyləyib.

Qeyd edək ki, bundan öncədə bir sıra azərbaycanlı məsullar və millət vəkilləri yeni hökumətin tərkibində azərbaycanlılara yer verilmədiyini bildiriblər.

C.E

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar