SON XƏBƏRLƏR

"Oğlanlarla qızların danışması, deyib-gülməsi yüngüllükdür"-Təbrizin cümə imamı

2022.06.25, 06:10
"Oğlanlarla qızların danışması, deyib-gülməsi yüngüllükdür"-Təbrizin cümə imamı

Gunaz.tv

“İranda qızların ortalama evlənmə yaşı 25-i, uşaq dünyaya gətirmə yaşı isə 29-u keçib. Bu isə ölkədə doğum sayının azalmasına səbəb olur”-deyə, cümə imamı bildirib.

Cümə namazında ziddiyyətli çıxış edən Məhəmmədəli Ali Haşim gənclərin münasibətlərinə də toxunub və "oğlanlarla qızların danışması, deyib-gülməsi yüngüllükdür" deyib.

“Bir-birləri ilə deyib-gülür, danışır və bunu zəmanənin və gənclərin dəyişməsi ilə əlaqələndirirlər. Bu, sadəcə hissiyyatdan irəli gələn əməllərdir və ailə qurmaq üçün heç bir əhəmiyyət daşımır”-deyə, o qeyd edib.

Bir neçə gün bundan öncə, Təbrizin İran parlamentindəki nümayəndəsi Məsud Pezeşkiyan boşanmaların çoxalması və gənclərin ailə qurmaqdan çəkinmələri ilə bağlı çıxış edib.
O, problemin əsas səbəbinin işsizlik, yoxsuluq və gənclərin gələcəyə inamsızlıqları ilə bağlı olduğunu bildirib.

Qeyd edək ki, bir müddətdir Əli Xameneyinin göstərişi ilə çoxuşaqlılığın təbliği ilə bağlı xüsusi kampaniya başladılıb və bütün cümə imamları, məsul şəxslər bu yöndə fəaliyyətə cəlb olunublar.

Bununla yanaşı azyaşlıların evləndirilməsi ilə bağlı müxtəlif kampaniyalar başladılıb və erkən yaşda evlənənlərə xüsusi imtiyazlar, kreditlər verməklə yeniyetmələri evlənməyə həvəsləndirirlər.

İran İnsan Haqları Təşkilatının yaydığı son hesabata görə, 2021-ci ilin martından 2022-ci ilin martına kimi İranda 20 min azyaşlı qız uşağı məcburi şəkildə evləndirilib.

Hesabatda statistikanın rəsmi rəqəmlərə istinad edilərək verildiyini, məcburi nikaha cəlb olunan azyaşlıların sayının rəsmi statistikadan daha çox olduğu bildirilir. 

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar