SON XƏBƏRLƏR

Təbrizin cümə imamı Urmu gölü ilə bağlı İbrahim Rəisiyə müraciət edib

2022.09.10, 05:38
Təbrizin cümə imamı Urmu gölü ilə bağlı İbrahim Rəisiyə müraciət edib

Gunaz.tv

Urmu gölü ilə bağlı məsələnin yalnız əyalətin deyil, bütün ölkənin problemi olduğunu deyən cümə imamı, İran prezidentindən məsələyə müdaxilə etməsini, Energetika Nazirliyinə bu istiqamətdə göstərişlər verməsini istəyib.

"İstəyirəm ki, energetika naziri heç olmasa xalqla danışsın, problemlər, görülən işlər barədə xalqa məlumat versin"-deyə, Ali Haşim bildirib.

Qeyd edək ki, İbrahim Rəisi prezident seçkiləri öncəsi Qərbi və Şərqi Azərbaycana səfərlər zamanı Urmu gölünün qısa müddətdə bərpa olunacağına dair söz vermişdi.

Rəisinin prezident seçilməsindən bu günə demək olar ki gölün bərpası işləri ilə bağlı layihələr dayandırılıb, ekoloji problem daha da dərinləşib.

Məsələ ilə bağlı yanvarn ilk günlərində açıqlama verən Təbriz Universitetinin Su Mühəndisliyi fakültəsinin professoru, ekoloq Əhməd Faxirifərd iddiaların əksinə olaraq hökumətin Urmu gölünün bərpasına əhəmiyyət vermədiyini bildirib.  

Cavidan 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar