SON XƏBƏRLƏR

Təbrizin cümə imamından iddia: "İranın bölgədəki gücü Rusiyanı bizimlə münasibətlər qurmağa məcbur edib"

2022.01.21, 14:53
Təbrizin cümə imamından iddia: "İranın bölgədəki gücü Rusiyanı bizimlə münasibətlər qurmağa məcbur edib"

Gunaz.tv

“İran və Rusiya arasında ortaq enerji və hərbi maraqlarının mövcudluğu xüsusi əhəmiyyət kəsb edir, Rusiya sənayeləşmiş ölkələrdən biridir və bizim bir çox ehtiyaclarımızı ödəyə bilər.

Ümid edirik ki, bu səfər İranın dəyər və uğurunu artıracaq"-deyə, cümə imamı İran Prezidenti İbrahim Rəisinin Rusiyaya səfərinin əhəmiyyət kəsb etdiyini bildirib. 

Görüntülərin və beynəlxalq mediada yayılan məlumatların əksinə olaraq Ali-Haşım İran prezidentinin Rusiya parlamentində yaxşı qarşılandığını vurğulayıb.

O, “İranın bölgədəki gücünün Rusiyanı İranla münasibətlər qurmağa məcbur etdiyini” iddia edib.

Təbrizin cümə imamı qonşu ölkələrin əleyhinə danışmaq ənənəsinə sadiq qalaraq Ərəbistanın bölgədə böhran yaratmağa çalışdığı deyib.

İmam-cümə İraqda baş verən hadisələrin və siyası qarışıqlığın Ərəbistanın işi olduğunu bəyan edib.

C.E 
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar