SON XƏBƏRLƏR

Xamneyinin nümayəndəsi İsraili hədələdi

2021.10.20, 07:36
Xamneyinin nümayəndəsi İsraili hədələdi

Gunaz.tv

O, həmçinin İran ordusunun Arazqırağı bölgədə keçirdiyi hərbi təlimlərdən danışıb.

İmam-cümə Azərbaycan Prezidenti İlham Əliyevin "Araz çayı dostluq sərhədidir" fikrini təkrar edib. 

"Ölkənin şimal-qərb sərhədləri dostluq və sülh sərhədləridir"-deyə, Seyid Məhəmmədəli Ali-Haşim bildirib. 

Ali-Haşim bildirib ki, bunu sərhədin hər iki tərəfində yaşayan xalqlar bilir və bu dostluğun davam etməsini istəyir.

Xamneyinin nümayəndəsi İsrail əleyhinə fikirlər səsləndirib və "bu ölkə yer üzündən silinməlidir" deyib.  

“Fitnəkar rejim dünyada müsəlman ölkələri arasında ixtilaf və gərginlik yaratmağa çalışır. İnqilab rəhbərinin proqnozlaşdırdığı kimi İsrailin 25 illik məhv olma sürəci bitmək üzrədir”-deyə, cümə imamı bildirib.

Ali-Haşim deyib ki, İran ordusunun hərbi təlimi qonşu ölkələrə sülh və dostluq mesajı vermək və özünün hərbi hazırlığını artırmaq məqsədi güdür.

C.E    
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar