SON XƏBƏRLƏR

"Korrupsiya ilə mücadilənin bədəlini ödəyirəm"- Təbrizin sabiq bələdiyyə başçısından açıqlama

2022.02.23, 11:17
"Korrupsiya ilə mücadilənin bədəlini ödəyirəm"- Təbrizin sabiq bələdiyyə başçısından açıqlama

Gunaz.tv

O, korrupsiya ilə mübarizə apardığına görə hilə ilə işdən uzaqlaşdırılmasına nail olunduğunu deyib.

Abbas Rəncbər fevralın 19-da şəhər şurasının təşkil etdiyi sorğulama (istizah) iclasının ardınca şuranın 13 üzvündən 9-unun səsi ilə vəzifədən kənarlaşdırılıb.

Mətbuatda yayılan xəbərlərə görə, sabiq bələdiyyə başqanı “zəif performansı”, “özünü mərkəzlik”, “şuranın qərarlarına əhəmiyyət verməmək” və “ümumi narazılığın artması” kimi səbəblər üzündən sorğulanıb.

Abbas Rəncbər təqribən 6 ay əvvəl Təbriz bələdiyyə başqanı təyin edilmişdi. Rəncbərin kənarlaşdırılmasından sonra Təbriz bələdiyyəsinin müdirlərindən olan Mehdi Yusufi başqan əvəzi təyin olunub.

“Mən korrupsiya ilə mücadilə etdiyim üçün bədəl ödəyirəm. Bu vəzifəni qəbul etdiyim gündən bəri şəhər şurasının bir neçə üzvünün bəzi tələbləri var idi.

Onlar bələdiyyədəki təyinatlar ilə bağlı bəzi şəxsləri mənə tövsiyə edirdilər. Mən o tələblərə təslim olmadım və bu gün bunun bədəlini ödəyirəm”-deyə, keçmiş bələdiyyə başçısı “İRNA” xəbər agentliyinə müsahibəsində bildirib.

Qeyd edək ki, 30 avqust 2021-ci ildə Təbriz bələdiyyə başqanlığına təyin olunan Abbas Rəncbər 19 fevral 2022-ci ildə vəzifəsindən uzaqlaşdırılıb.

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar