SON XƏBƏRLƏR

"İşsizlik insanların belini qırıb"- Təbrizin millət vəkili prezidentin siyasətini tənqid etdi

2022.08.19, 10:22
"İşsizlik insanların belini qırıb"- Təbrizin millət vəkili prezidentin siyasətini tənqid etdi

Gunaz.tv

O, Rəisinin əyalətlərə səfəri zamanı xalqa vədlər verib və onları ümidləndirməyinə toxunaraq bunların əsassız vədlər olduğunu, deyilənlərin reallaşdırılması üçün dövlətin pulunun olmadığını söyləyib.

"Prezident seçkiləri zamanı verilən vədləri yada salın və bu bir il müddətində mənzil, iş yerlərinin təmini, inflyasiya və bahalığın qarşısının alınması ilə bağlı vədlərə nəzər yetirin. Bunların heç biri reallaşmayıb. İşsizlik vətəndaşların böyük bir qisminin belini qırıb"-deyə, Pezeşkiyan "Camaran" saytına verdiyi müsahibədə bildirib.

O, ölkədə yanlış idarəçiliyin hökm sürdüyünü deyərək, əyalətlərin yerli məsullar tərəfindən idarə edilməsi üçün onlara geniş səlahiyyətlərin verilməli olduğunu deyib.

"Oturmuşuq Tehranda və əyalətlərin işinə müdaxilə edirik. Bu idarəetmədə mövcud olan əsas problemlərdən biridir. Bölgələrin idarəçiliyi onların özlərinə verilməlidir"-deyə, Təbrizin millət vəkili qeyd edib.

Məsud Pezeşkiyan bir daha nüvə danışıqları məsələsinə toxunub və hazırkı hakimiyyət nümayəndələrinin bundan öncəkiləri danışıqlara getdikləri üçün xəyanətdə günahlandırdıqlarını xatırladıb.

O, nüvə danışıqlarında irəli sürülən şərtləri qəbul etməyi, beynəlxalq münasibətləri normallaşdırmağı və bununlada vətəndaşlarının problemlərinin həllinə nail olmağı təklif edib.

Cavidan 
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar