SON XƏBƏRLƏR

"İnternetə məhdudiyyətə məhdudiyyət qoymaq mənfi nəticələr verəcək"-Təbrizin millət vəkili

2022.08.06, 08:51
"İnternetə məhdudiyyətə məhdudiyyət qoymaq mənfi nəticələr verəcək"-Təbrizin millət vəkili

Gunaz.tv

Əhməd Əlirzabeyginin fikrincə, uşaqların etikasının pozulması bəhanəsi ilə internetə çıxışı məhdudlaşdırmaq, süzcəglər tətbiq etmək və bütün vətəndaşları uşaq yerinə qoymaq yanlış siyasətdir.

O, özəlliklə son vaxtlar internetə çıxışın çətinləşdiyini, bu sahədə problemlər yaşandığını xatırladıb və bunu Rabitə və Telekommunikasiya Nazirliyinin bacarıqsızlığının nəticəsi adlandırıb.

"Entexab" qəzetinə müsahibə verən millət vəkili davamlı internet kəsintilərinin bir çox sahələrə, o cümlədən ticarət sahəsinə ciddi ziyan vurduğunu və vətəndaşların bundan yüksək məbləğdə ziyan gördüyünü söyləyib.

Bir neçə gün bundan öncə Şərqi Azərbaycan əyalətinin Ocan (Bostanabad) şəhərinin İran parlamentindəki nümayəndəsi Qulamrza Nuri Qızılca da, İranda internetə tətbiq olunan məhdudiyyətlərin mənfi nəticələrə səbəb olacağını deyb.

Qeyd edək ki, fevralın 22-də İran parlamenti ölkədə internetin maksimum məhdudlaşdırılmasını, ona nəzarəti nəzərdə tutulan qanun layihəsini qəbul edib.

İran parlamentinin “Kiberməkanda İstifadəçilərin Hüquqlarının Müdafiəsi” adı altında fəaliyyət göstərən Müştərək Komissiyası ölkədə internetin maksimum məhdudlaşdırılması və hərbçilərin internetə nəzarətinin artırılması üçün təklif edilən qanun layihəsini komissiya üzvlərinin 18 lehinə, 1 əleyhinə səsi ilə qəbul edib.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar