SON XƏBƏRLƏR

Təbrizin millət vəkilindən İranın Neft nazirinə xəbərdarlıq: "Bu, fəlakətdir"

2021.10.20, 07:36
Təbrizin millət vəkilindən İranın Neft nazirinə xəbərdarlıq: "Bu, fəlakətdir"

Gunaz.tv

O, bildirib ki, Milli Neft Şirkətinin bu qərarı Təbrizin Təbriz və Səhənd əhalisinin hüquqlarının tapdalanmasına səbəb olub.

“Neft Nazirliyi Təbriz və Səhənd elektrik stansiyalarının qaz kvotasını kəsib. Bu isə o deməkdir ki, hər gün 1.800 milyon litr mazut və 350 ton kükürd Təbriz səmasına buraxılacaq. Bu isə fəlakətdir! 

Təbrizlilərin qaz istehlakının azalmasına baxmayaraq, onlar təşəkkür almaq əvəzinə cəzalandırılıblar”-deyə, o, Neft Nazirliyi və Milli Neft Şirkətinin qərarını ədalətsiz adlandırıb.

Ruhullah Mütəfəkkir Azad  bildirib ki, ötən il eyni problemlə bağlı məsələ qaldırmalarına baxmayaraq, heç bir irəliləyiş və dəyişiklik olmayıb.

Ona görə də üçün cari ildə də oxşar problemləri müzakirə etmək məcburiyyətindədirlər. 

Millət vəkili qarşıdakı iki həftə ərzində məsələnin həlli ilə bağlı tədbir görülməsə Neft nazirinin impiçmenti barədə parlamentdə məsələsini qaldıracağını bildirib. 

Bundan öncə Şərqi Azərbaycan əyalətinin Ətraf Mühitin Mühafizəsi İdarəsinin və ətraf mühit fəallarının yaydığı xəbərdarlıq müraciətində İstilik Elektrik Stansiyasında qaz əvəzinə mazutdan istifadə edildiyi vurğulanıb.

Bunun ətraf mühitə və insanların sağlamlığına ciddi ziyan vurduğu qeyd olunub. 

Cari günəş ilinin əvvəllərindən başlayan müzakirə və etirazlar Energitika Nazirliyi və əyalət rəhbərliyinin məsələyə müdaxiləsinə səbəb olsa da, bu günə kimi müsbətə doğru hər hansı addım atılmayıb.

Şərqi Azərbaycan əyalətinin məsələ ilə bağlı yaydığı açıqlamada bildirilir ki, elektrik stansiyasının mazutdan istifadə etməsi qanuna və Enerji Komissiyasının təsdiq etdiyi qaydalara ziddir.

“Təbriz istilik elektrik stansiyasında qaz əvəzinə mazutdan istifadə hava çirkliliyini gücləndirib, kənd təsərrüfatı məhsullarına mənfi təsir göstərib və bölgədə yaşayan insanların sağlığında problem yaradıb”-deyə, Ətraf Mühitin Mühafizəsi İdarəsinin açıqlamasında bildirilib.

Açıqlamada Təbriz, Üskü, İlxıçı, Xosroşəhr və Tufarqan şəhərlərinin havasının çirkləndirilməsində adı çəkilən stansiyanın əsas rol oynadığı, ətraf mühit və kənd təsərrüfatına vurduğu ziyanla yanaşı adı çəkilən bölgələrin sakinlərinin tənəffüs xəstəliklərinə tutulmasına səbəb olduğu qeyd olunub.

C.E

gun az article

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar