SON XƏBƏRLƏR

Təbrizin millət vəkili neft nazirinin işdən çıxarılmasını tələb edib

2021.11.08, 11:51
Təbrizin millət vəkili neft nazirinin işdən çıxarılmasını tələb edib

Gunaz.tv

O, bu barədə özünün "twitter" hesabında etdiyi paylaşımda bildirib.

Buna səbəb Təbriz və Binab şəhərlərinin İstilik Elektrik Stansiyalarına (İES) qaz verilişinin dayandırılması və mazutdan məcburi istifadə olunmasıdır.

“Ətraf Mühitin Mühafizəsi Agentliyinin Hava və İqlim üzrə Milli Mərkəzinin sədr müavini Təbriz və Binab istilik Elektrik Stansiyalarında mazutdan istifadə edildiyini təsdiq edib.

Parlamentdə keçirilən açıq müzakirə zamanı Neft Nazirliyinə xəbərdarlıq edilib, quruma problemin həlli ilə bağlı iki həftə vaxt verilib.

gun az article

"İndi Milli Qaz Şirkətinin laqeydliyinə görə, nazirin impiçment məsələsinə qaldırmaq məcburiyyətindəyəm. Xalqın həyatının təhlükəsizliyi sövdələşmə predmeti ola bilməz”-deyə, millət vəkili yazıb.

Binabın İstilik Elektrik Stansiyasının müdiri Kərim Abbaszadə noyabrın 3-də mediaya verdiyi açıqlamada stansiyaya qaz verilişinin dayandırıldığını, məcburi şəkildə mazutdan istifadə etməyə başladıqlarını söyləyib.

Bundan öncə Şərqi Azərbaycan əyalətinin Ətraf Mühitin Mühafizəsi İdarəsi və ətraf mühit fəallarının yaydığı xəbərdarlıq müraciətində İstilik Elektrik Stansiyasında qaz əvəzinə mazutdan istifadə edildiyi vurğulayıb, bunun ətraf mühitə və insanların sağlamlığına ciddi ziyan vurduğu qeyd olunub. 

Şərqi Azərbaycan əyalətinin Ətraf Mühitin Mühafizəsi İdarəsi məsələ ilə bağlı yaydığı açıqlamada bildirilir ki, elektrik stansiyasının mazutdan istifadə etməsi qanuna və Enerji Komissiyasının təsdiq etdiyi qaydalara ziddir.

“Təbriz istilik elektrik stansiyasında qaz əvəzinə mazutdan istifadə hava çirkliliyini gücləndirib, kənd təsərrüfatı məhsullarına mənfi təsir göstərib və bölgədə yaşayan insanların sağlığında problem yaradıb”-deyə, Ətraf Mühitin Mühafizəsi İdarəsinin açıqlamasında bildirilib.

Açıqlamada Təbriz, Üskü, İlxıçı, Xosroşəhr və Tufarqan şəhərlərinin havasının çirkləndirilməsində adı çəkilən stansiyanın əsas rol oynadığı, ətraf mühit və kənd təsərrüfatına vurduğu ziyanla yanaşı adı çəkilən bölgələrin sakinlərinin tənəffüs xəstəliklərinə tutulmasına səbəb olduğu qeyd olunub.

 İstilik Elektrik Stansiyasının xüsusilə qış aylarında ətraf mühit və insanlara vurduğu ziyanla bağlı Təbrizin millət vəkilləri də etiraz bəyanatı yayıb.

Buna baxmayaraq, Energetika Nazirliyi və başqa əlaqədar qurumlar maye qaz çatışmazlığı ucbatından mazutdan istifadənin qaçılmaz olduğunu bildiriblər.

Şərqi َAzərbaycan Ətraf Mühitin Mühafizəsi İdarəsinin başçısı Şəhnam Əştəri 3 gün öncə mətbuata verdiyi açıqlamada Təbriz İstilik Elektrik Stansiyasının “Təmiz Hava Qanunu”nun 13 -cü maddəsinə əsasən mazutdan istifadəsinin qanunsuz olduğunu bildirib.

C.E

اختصاصی| برنامه جواد اوجی برای وزارت نفت منتشر شد- اخبار نفت و انرژی -  اخبار اقتصادی تسنیم | Tasnim
İranın Neft naziri Cavad Oci

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar