SON XƏBƏRLƏR

Təbrizin millət vəkili: "Evin həbsxanasındakı yanğın 209-cu bölmədəki etiraz aksiyaları ilə əlaqədar olub"

2022.10.18, 07:11
Təbrizin millət vəkili: "Evin həbsxanasındakı yanğın 209-cu bölmədəki etiraz aksiyaları ilə əlaqədar olub"

Gunaz.tv

"İki həftədən artıqdır ki, millət vəkillərinin son hadisələrdə həbs edilən məhbusların saxlanıldıqlar təcridxanalara, həbsxanalara  baş çəkməsi ilə bağlı müraciət etmişik.

Ancaq müraciətimizə hələdə cavab verilməyib və gözləyirik. Bu, parlamentin daxili işlər komissiyasının, şuraların bu məsələdə daşıdığı məsuliyyət olsa da, hələ ki, buna nail ola bilməmişik",- deyə, təbrizli nümayəndə bildirib.

Əhməd Əlirzabeyginin həbsxanalara baş çəkmək barədə açıqlaması bir çox sosial şəbəkə istifadəçilərinin Evin həbsxanasında baş verən yanğının hökumətin ictimai rəyi etirazlardan yayındırmaq, terror mühiti yaratmaq cəhdinin nəticəsi olduğunu bildirdiyi bir vaxta təsadüf edir.

Qeyd edək ki, oktyabrın 15-i gecə saatlarında Tehranın Evin zindanında yanğın baş verib.

Rəsmi məlumatlarda yanğının zindanın tikiş sexi və parça anbarında məhbusların təxribatı nəticəsində baş verdiyi iddia edilib.

Yanğından sonra zindana xüsusi təyinatlı qüvvələr cəlb edilib və məhbuslara odlu silahlardan atəş açılıb, onlara qarşı gözyaşardıcı qazdan istifadə edilib.

Rəsmi məlumatlarda hadisə nəticəsində 4 nəfərin öldüyü, 61 nəfərin yaralandığı bildirilsə də, qeyri-rəsmi məlumatlar və insan haqları təşkilatları ölü və yaralı sayının daha çox olduğunu bildirirlər.

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar