SON XƏBƏRLƏR

Təbrizin millət vəkili yenidən hakimiyyəti tənqid etdi

2022.12.28, 15:25
Təbrizin millət vəkili yenidən hakimiyyəti tənqid etdi

Gunaz.tv

Ölkədə münaqişələrin mehribançılıqla həllinin və hökumətin buna doğru addım atmasının vacibliyini deyən millət vəkili hazırkı durumda hakimiyyətin aqressiv davrandığını söyləyib.

Etirazçıların xaricdən göstəriş aldığı ilə bağlı hökumətin iddialarına toxunan Məsud Pezeşkiyan vətəndaşların ölkədə olan problemlərə etiraz etdiklərini və hakimiyyətin xalqın səsini eşitməyə borclu olduğunu bildirib.

"Bu xalqın 98 faizi inqilabdan sonra İslam Respublikasına səs vermişdi.

Biz nə etdik ki, həmin xalq indi bizdən üz döndərdi?

Öz əməllərimizi təhlil edib, problemi özümüzdə axtarmalı və günahı başqalarının üzərinə atmamalıyıq",-deyə, millət vəkili qeyd edib.

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar