SON XƏBƏRLƏR

"Təbrizin riskli bölgələrindən yüz minlərlə insan köçürülməlidir"-Şərqi Azərbaycan valisi

2022.02.10, 10:05
"Təbrizin riskli bölgələrindən yüz minlərlə insan köçürülməlidir"-Şərqi Azərbaycan valisi

Gunaz.tv

O, köçürmə üçün münasib yer müəyyən edilməsinə baxmayaraq, bələdiyyə ilə podratçılar arasında koordinasiya olmadığından layihənin icrasına başlanılmadığını deyib.

Şəhərətrafı məhəllələrdə on minlərlə istifadəyə yararsız və qəzalı evlərin olduğunu deyən vali, bu problemin dövlət qurumları hesabına həll edilməsinin mümkün olmadığını və buna görə özəl şirkətlərin işə cəlb olunmasına çalışdıqlarını söyləyib.

Bundan bir müddət öncə Təbrizin bələdiyyə başçısı Abbas Rəncbər şəhərətrafı məhəllələrdə çox sayda evin qəzalı vəziyyətdə olduğu barədə xəbərdarlıq edib.

O, şəhər səviyyəsində mövcud olan 100 min qəzalı evin olduğunu bildirib, qeyd edib ki, bu problemin aradan qaldırılması üçün dövlətin geniş diqqət və proqramına ehtiyac var. 

“Bu günə kimi standartlara uyğun olmayan bir mərtəbəli evlərin tikintisi halları ilə qarşılaşırdıq. Son vaxtlar çox mərtəbəli dayanıqsız və qeyri-standart yaşayış yerlərinin tikintisi problemi ilə üzləşmişik”-deyə, bələdiyyə başçısı bildirib. 

Bundan öncə açıqlanan statistikaya görə, Təbrizdə şəhərətrafı məhəllələrdə, dayanıqsız və qeyri-standart evlərdə yaşayanların 500 min nəfər olduğu qeyd olunub. 

Qeyd edək ki, Təbrizin belə bir ciddi risk altında olmasına baxmayaraq hökumət və yerli məsullar tikililərin təməllərinin və divarlarının möhkəmləndirilməsin, seysmoloji duruma uyğun şəhərsalma qaydalarının riayət olunmasına əhəmiyyət vermirlər. 

Təbrizdə marginallaşma, şəhərətrafı qeyri-standard evlərin inşası geniş vüsət alıb və əlaqədar qurumların verdiyi məlumata görə, hal-hazırda ən azı 350 min nəfərin riskli bölgələrdən köçürülməsinə ehtiyac var.  

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar