SON XƏBƏRLƏR

Təbriz metrosunda yeni stansiyaların tikintisi yarımçıq qalıb

2022.07.01, 09:04
Təbriz metrosunda yeni stansiyaların tikintisi yarımçıq qalıb

Gunaz.tv

Mer Təbrizdə şəhər qatarının xəttinin tamamlanması üçün kompleks planın işlənib hazırlandığını açıqlayıb. 
O, növbəti bir ay ərzində Təbriz şəhər qatarının 1-ci xəttinin tikintisinin başa çatdırılması üçün hərtərəfli və tam plan hazırlanacağına söz verib.

Bir müddət əvvəl Təbrizin Şəhər Şurasının üzvü Ruhullah Dehqannejad 20 il müddətində Təbriz metrosunun cüzi bir hissəsinin istifadəyə verildiyini bildirib.

Onun sözlərinə görə, 20 il müddətdə tikintisi nəzərdə tutulan 70 kilometr metro xəttinin yalnız 18 kilometri istifadəyə verilib.

Qeyd edək ki, cari günəş ilində Təbriz metrosunun təkmilləşdirilməsi üçün xətlərə əlavə olunması nəzərdə tutulan 180 milyard tümən dəyərində vaqonlar Şiraz şəhərinin metrosuna göndərilib.

Şiraz nəqliyyatı üçün nəzərdə tutulan vəsaitin Təbriz üçün nəzərdə tutulandan dəfələrlə çox olmasına baxmayaraq, Təbrizə metrosu üçün ödənilməli olan 180 milyard tümənində Şiraz şəhərinə verilməsi azərbaycanlı sosial media fəallarının etirazları ilə qarşılanıb.

Xatırladaq ki, Təbriz metrosunun tikintisinə 20 il bundan öncə İsfahan, Şiraz və Məşhəd şəhərlərinin metrosundan daha tez başlanılıb.

Ancaq, adı çəkilən şəhərlərin metrolarının əsas xətlərinin hamısının hazır olmasına baxmayaraq, Təbriz metrosunun tikintisi müxtəlif bəhanələrlə gecikdirilməsi Təbriz əhalisinin narazılığına səbəb olub.

Bir neçə həftə bundan öncə Təbrizin Şəhər Şurasının üzvü Ruhullah Dehqannejad 20 il müddətində Təbriz metrosunun cüzi bir hissəsinin istifadəyə verildiyini bildirib və bunun qəbuledilməz olduğunu deyib.

Təbriz metrosunun inşası ilə bağlı məsələlərə aydınlıq gətirilmədiyinə diqqət çəkən R.Dehqannejad 20 il ərzində metro tikintisinə ayrılan vəsaitlərin xərclənməsi ilə bağlı qaranlıq məqamların olduğunu vurğulayıb. 

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar