SON XƏBƏRLƏR

Təbrizli fəal Siyavuş Məliki zindana köçürülüb

2022.10.17, 10:50
Təbrizli fəal Siyavuş Məliki zindana köçürülüb

Gunaz.tv

Oktyabrın 13-də İran Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) məmurları tərəfindən Təbrizdə saxlanılan milli fəal Siyavuş Məliki bir neçə gün dindirildikdən sonra zindana köçürülüb.

30 yaşlı Siyavuş Məliki təhlükəsizlik məmurlarının atasının evinə basqını zamanı saxlanıldığı vaxt döyülüb, ağır bədən xəsarətləri alıb və qandallanaraq aparılıb.

Qeyd edək ki, azərbaycanlı vəkil Sina Yusifinin verdiyi məlumata görə, son 25 gün ərzində Təbrizdə 1700 nəfər həbs edilib.

Timur 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar