SON XƏBƏRLƏR

""Traxtur" klubunu uçuruma yuvarlayırlar"-Təbrizli idmançı

2022.02.28, 09:23
""Traxtur" klubunu uçuruma yuvarlayırlar"-Təbrizli idmançı

Gunaz.tv

Rza Əbdi Təbrizin “Azərəncümən” saytına verdiyi müsahibədə kimlərinsə Azərbaycan klubunu uçuruma yuvarlamaq istədiyini deyib.

“Klubun mülkiyyətçisinin dəyişməsi ilə “Traxtur”un durumu dahada pisləşib vu davam etməkdədir. Ümumiyyətlə Azərbaycan futbolunun ümumi durumu yaxşı deyil və bundan çıxış yolları tapılmalıdır”-deyə, Əbdi bildirib.

O, öncələr Təbrizin “Traxtur” və “Maşınsazi” futbol klublarının maliyyə durumlarının daha yaxşı olduğunu, sonradan mülikiyyətçilərin dəyişdirilməsindən sonra klubların böhranla üzləşdiyini və Azərbaycan klublarının bu sahəyə aidiyyatı olmayan şəxslərin ixtiyarına verilərək uçuruma yuvarlandırıldıqlarını qeyd edib.

“Traxturun 40 milyon tərəfdarı var. Belə bir klub qeyri-peşəkarların ixtiyarına verilməməli idi. Tərəfdarların və əlaqədar məsulların ciddi basqı və istəkləri olmasa Azərbaycan klublarının problemləri həll olunmayacaq”-deyə, gənc futbolçu qeyd edib.

Qeyd edək ki, bir neçə gün öncə “Traxtur-Azərbaycan” futbol klubunun kapitanı Murtəza Əsədi Təbriz komandasına qarşı qərəzli davranışlardan şikayətlənmişdi.

Murtəza Əsədi bildirib ki, türk klubunda bilərəkdən böhran yaradılır. Onun sözlərinə görə, məqsəd klubu sıradan çıxarmaqdır.

Qeyd edək ki, uzun illərdir böhranla üz-üzə olan klubun İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandirlərinin  nəzrətinə keçməsi ilə bağlı məlumatların yayılmasından sonra  "Traxtur" daha da geriləyib.

Güney Azərbaycanda futbol komandasından daha çox azərbaycanlıların kimlik simvoluna çevrilən "Traxtur"da yaşanan maliyyə böhranlarının həlli ilə bağlı dəfələrlə vədlər verilsədə bu istiqamətdə heç bir əməli addım atılmayıb.

C.E
 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar